Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən "AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binada və AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, giriş 50 ünvanında yerləşən imtahan korpusunda fotosel qapılara və turniketlərə illik texniki xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətlərinin satın alınması" ilə əlaqədar "kotirovka sorğusu" satınalma metodu tətbiq olunmuş, qalib elan edilmiş "AUTODOOR TRADER Məhdud Məsuliyyətli Cəmiyyəti", VÖEN: 1007528951" ilə 57.938,00 (əlli yeddi min doqquz yüz otuz səkkiz manat) AZN məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilə 19.12.2025-ci il tarixində qüvvəyə minmişdir və 19.12.2026-cı il tarixində başa çatacaqdır. İşin icra müddəti 12 aydır.