Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən "Yedək saxlama sistemi (Backup) mallarının və əlaqədar xidmətlərin satın alınması" ilə əlaqədar "açıq tender" satınalma metodu tətbiq olunmuş, qalib elan edilmiş "BAKINITY DISTRIBUTION Məhdud Məsuliyyətli Cəmiyyəti", VÖEN: 1001473201" ilə 519.200,00 (beş yüz on doqquz min iki yüz manat) AZN məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilə 08.01.2026-cı il tarixində qüvvəyə minmişdir və 06.02.2026-cı il tarixində başa çatacaqdır. İşin icra müddəti 20 iş günüdür.