Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən "AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binada və AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda yerləşən kəsintisiz qida mənbələrinə (UPS-lərə) illik texniki xidmətin göstərilməsi və ehtiyat hissələrinin alınıb quraşdırılması xidmətlərinin satın alınması" ilə əlaqədar "kotirovka sorğusu" satınalma metodu tətbiq olunmuş, qalib elan edilmiş "STORM-ENGINEERING Məhdud Məsuliyyətli Cəmiyyəti", VÖEN: 2006903391" ilə 49.890,40 (qırx doqquz min səkkiz yüz doxsan manat qırx qəpik) AZN məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır. Müqavilə 17.02.2026 tarixində qüvvəyə minmişdir və 02.03.2027 tarixində başa çatacaqdır. İşin icra müddəti 12 aydır.