Dövlət İmtahan Mərkəzi tərəfindən 27 noyabr 2025-ci il tarixində təlimçi Anar Həsənov tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara təşkilati mədəniyyətə təsir edən faktorlar, xidmət zamanı işgüzar etika, vətəndaş ilə danışıq prosesinin sürətləndirilməsi (vaxtdan səmərəli istifadə), dinləmə və izahetmə bacarıqları, xidmət zamanı stress yaradan faktorlar, münaqişəli vəziyyətləri yaradan səbəblər və onların idarə edilməsi və s. barədə ətraflı məlumat verilib. Bununla yanaşı qeyd olunan mövzular üzrə individual və qrup halında təşkil edilən interaktiv tapşırıqlar edilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.