Struktur bölmə: Test bankı şöbəsi
Struktur vahid: Yoxlama-ölçmə materialları bazasının idarə olunması sektoru
Vəzifənin adı: Baş məsləhətçi (müddətli əmək müqaviləsi əsasında)
Qulluq funksiyaları:
- Test bankının avtomatlaşdırılmış idarə edilməsi üçün və sektorun qarşısına qoyulan məsələlərin həlli üçün tələb olunan proqram təminatının hazırlanması;
- Elektron imtahanların keçirilməsində istifadə olunan proqramın tətbiqi;
- Bank üzrə statistik göstəricilərin alınması və çatışmamazlıqların ekspertiza aparan bölməyə bildirilməsi;
- Sektora daxil olan imtahan materiallarının emalı və test bankına daxil edilməsi;
- İmtahan materiallarının test bankında avtomatlaşdırılmış redaktə olunması;
- Test bankının məxfiliyinin təmin edilməsi;
- Müxtəlif təyinatlı imtahanlar üzrə imtahan materiallarının gündəlik iş rejimində və qapalı şəraitdə (bunkerdə) hazırlanması;
- Görülən işlər barədə müntəzəm olaraq hesabatların hazırlanması;
- Lokal kompüter şəbəkələrinin qurulması və istismarı;
- Yeni qurğuların və proqram təminatlarının instalyasiya edilməsi və s.;
- Mərkəzin daxili nizam-intizam qaydalarına, həmçinin əmək və icra intizamına riayət edilməsi;
- DİM-in keçirdiyi imtahan və tədbirlərdə iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.) .
Təhsilə dair tələblər: kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informatika müəllimliyi ixtisasları üzrə ali təhsil
İş stajına dair tələbi: Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il
Kompüter biliklərinə dair tələblər: Microsoft Visual Studio, C#, PostgreSQL, MS Windows, MS Office, İnternet (orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B1, Rus dili – A2
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “Yoxlama-ölçmə materialları bazasının idarə olunması sektorunda baş məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 5 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.