Struktur bölmə: Test bankı şöbəsi
Struktur vahid: İmtahan materiallarının hazırlanması sektoru
Vəzifənin adı: Baş mütəxəssis
Qulluq funksiyaları:
- Sektora daxil olan imtahan materiallarının emalı və test bankına daxil edilməsi;
- İmtahan materiallarının test bankında avtomatlaşdırılmış redaktə olunması;
- Test bankının məxfiliyinin təmin edilməsi;
- Müxtəlif təyinatlı imtahanlar üzrə imtahan materiallarının gündəlik iş rejimində və qapalı şəraitdə (bunkerdə) hazırlanması;
- Test tapşırıqlarının qeydiyyatının aparılması;
- Test tapşırıqlarının ekspertizaya hazırlanması;
- Ekspertiza zallarında nəzarətin həyata keçirilməsi;
- Görülən işlər barədə müntəzəm olaraq hesabatların hazırlanması;
- Yeni qurğuların və proqram təminatlarının instalyasiya edilməsi və s.;
- Mərkəzin daxili nizam-intizam qaydalarına, həmçinin əmək və icra intizamına riayət edilməsi;
- DİM-in keçirdiyi imtahan və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).
Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
İş stajına dair tələbi: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili – A2, Rus dili – A2
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “İmtahan materiallarının hazırlanması sektorunda baş mütəxəssis” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 5 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.