Təsviri sənət istiqamətinin 10, 11 və 12-ci komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər rəsm fənni üzrə qabiliyyət imtahanında iştirak etmək üçün ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. İmtahanlar 10-13 iyul tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçiriləcək.
Bədən tərbiyəsi və idman istiqamətinin 61, 62, 63, 6401 və 152-ci komissiyaları, Təsviri sənət istiqamətinin 67, 70 və 311-ci komissiyaları üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsində yaşadığı yer faktiki olaraq Naxçıvan Muxtar Respublikası kimi qeyd olunmuş abituriyentlər də qabiliyyət imtahanında iştirak etmək üçün ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarının qrafikində dəyişiklik edilib və imtahanlar 14-16 iyul tarixlərində keçiriləcək.
Qabiliyyət imtahanlarının qrafiki ilə buradan tanış ola bilərsiniz.