10, 13, 1602 və 211-ci komissiyalar üzrə Naxçıvan şəhərində qabiliyyət imtahanı verəcək abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanına buraxılış vərəqələrini buradan çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir.
10-cu komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər iki fəndən imtahan verirlər. Rəsm fənnindən 6 bal və daha yuxarı qiymət almış abituriyentlər ikinci – rəngkarlıq fənni üzrə qabiliyyət imtahanında iştirak edirlər.
Abituriyentlər(subbakalavrlar) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi;
Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.