8 və 10 iyul 2025-ci il tarixlərində Naxçıvan şəhərində keçirilmiş qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya komissiyası təşkil ediləcək. Komissiya 211, 1602 və 10-cu komissiyalar üzrə rəsm fənni ilə bağlı müraciətlərə baxacaq.
Apellyasiya komissiyası 15 iyul 2025-ci il tarixində saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.
|
Tarix |
Komissiyanın nömrəsi |
Fənn |
Ünvan |
|
15.07.2025 |
211, 1602, 10 |
rəsm |
Dövlət İmtahan Mərkəzinin Naxçıvan MR Regional bölməsi, Naxçıvan şəhəri, Atatürk küçəsi,3 |
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.
Qeyd: Təsviri incəsənət müəllimliyi ixtisasının daxil olduğu 13-cü komissiya üzrə apellyasiya müraciətlərinin elektron formada qəbul olunması nəzərdə tutulur. 13-cü komissiya üzrə qabiliyyət imtahanları yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.