Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşları tərəfindən Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək zal nəzarətçiləri üçün növbəti təlim keçirilib.
Təlimdə qabiliyyət imtahanlarının təşkili və idarə edilməsi ilə bağlı görülən təşkilati işlərin mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib. Daha sonra imtahanda baş verə biləcək xüsusi hallarla bağlı tapşırıqlar qoyularaq fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.