Qabiliyyət imtahanı iştirakçılarının nəzərinə çatdırırıq ki, 2023/2024-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin təsviri sənət istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə keçirilən imtahanlarda A3 formatlı kağız üzərində çəkilmiş rəsmlərin fotoşəkilləri və onlara verilmiş qiymətlər Dövlət İmtahan Mərkəzinin saytına imtahanlar yekunlaşdıqca, növbəli şəkildə yerləşdirilir.
210, 211 və 212-ci komissiyaları üzrə Bakı şəhərində, 89, 1607 və 711-ci komissiyaları üzrə isə Lənkəran şəhərində keçirilmiş qabiliyyət imtahanlarında abituriyentlərin A3 formatlı kağız üzərində çəkdiklər rəsmlər artıq Mərkəzin saytına yerləşdirilib.
https://exidmet.dim.gov.az/elimt/qabiliyyetfiles/index.html
Qeyd edək ki, A2 formatlı kağız üzərində yerinə yetirilmiş tapşırıqların fotoşəkilləri abituriyentlərin qeydiyyat və imtahan nəticələri səhifələrində yerləşdirilir.