10, 11, 12 və 15-ci komissiyalar üzrə Bakı, 10-cu komissiya üzrə isə Naxçıvan şəhərində rəsm fənnindən müsbət qiymət almış, rəngkarlıq (10, 11, 15-ci komissiyalar) və yapma (12-ci komissiya) fənləri üzrə qabiliyyət imtahanında iştirak etmək hüququ qazanmış, həmçinin 211-ci komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
1602 və 211-ci komissiyalar üzrə Şəki şəhərində keçiriləcək qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyentlər də “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal və başlanma vaxtı qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.