21-23 iyul 2025-ci il tarixlərində Bakı şəhəri 167 nömrəli tam orta məktəbdə keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək. Apellyasiya komissiyası 26 iyul 2025-ci il tarixində saat 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.
|
Tarix |
Komissiyanın nömrəsi |
Fənn |
Ünvan |
|
26.07.2025 |
15-Dekorativ tətbiqi sənət
|
rəngkarlıq |
167 N-li tam orta məktəb, Yasamal rayonu, Şərifzadə küçəsi 152 |
|
26.07.2025 |
211-Təsviri sənət |
rəsm |
167 N-li tam orta məktəb, Yasamal rayonu, Şərifzadə küçəsi 152 |
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.