Təsviri sənət istiqamətinin iki fənn üzrə imtahanı olan Qabiliyyət İmtahanı Komissiyasından (QİK) qeydiyyatdan keçmiş abituriyentlərdən birinci imtahanda müsbət qiymət alanları ikinci imtahanda iştirak etmək üçün yenidən imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Namizədlər ikinci imtahan üçün “İmtahana buraxılış vərəqəsi”ni imtahan tarixi müəyyən edildikdən sonra şəxsi səhifələrindən çap edə biləcəklər.
Bakalavriatura səviyyəsi üzrə iki fəndən imtahanı olan QİK-lər aşağıdakılardır:
İstiqamət üzrə ixtisaslar |
Komissiyalar |
Qabiliyyət imtahanları |
|
Komissiyanın adı |
komissiyanın kodu |
||
Rəngkarlıq |
Rəngkarlıq |
10 |
1-ci imtahan - rəsm 2-ci imtahan - rəngkarlıq
|
Qrafika |
Qrafika |
11 |
|
Dekorativ-tətbiqi sənət(sahələr üzrə) |
Dekorativ sənət |
15 |
|
Rəngkarlıq |
Rəngkarlıq (NDU) |
67 |
|
Heykəltəraşlıq |
Heykəltəraşlıq |
12 |
1-ci imtahan - rəsm 2-ci imtahan - yapma |
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə iki fəndən imtahanı olan QİK-lər aşağıdakılardır:
İstiqamət üzrə ixtisaslar |
Komissiyalar |
Qabiliyyət imtahanları |
|
Komissiyanın adı |
Komissiyanın kodu |
||
Rəngkarlıq (sahələr üzrə) Dekorativ tətbiqi sənət (sahələr üzrə) Teatr dekor sənəti Dizayn (sahələr üzrə) Qrafika üzrə texnik |
Təsviri sənət (ADRA-nəzdində İncəsənət kolleci) |
1601 |
1-ci imtahan - rəsm 2-ci imtahan - rəngkarlıq
|
Heykəltəraşlıq |
Heykəltəraşlıq |
1602 |
1-ci imtahan - rəsm 2-ci imtahan - yapma |
Bir neçə QİK üzrə qeydiyyatdan keçən abituriyentlərin eyni məzmunlu imtahanlarda təkrar iştirakının qarşısını almaq məqsədilə müvafiq fənlər üzrə bir komissiyadan alınan müsbət qiymətin digər komissiyaların da eyni fənninə şamil edilməsi nəzərdə tutulur.
10, 11, 12-ci komissiyalar üzrə rəsm fənni imtahanının məzmunu eynidir. Buna görə də abituriyentin rəsm fənni üzrə bu üç komissiyanın hər hansı birində aldığı müsbət qiymət digər iki komissiyanın da bu fənn üzrə imtahanlarına şamil edilir.
14 və 15-ci komissiyalar üzrə rəsm fənni imtahanının məzmunu eyni olduğuna görə abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya da şamil edilir.
14 və 15-ci komissiyalar üzrə abituriyentin rəsm fənnindən aldığı 6 bal və daha yuxarı qiymət 13-cü komissiyaya da şamil edilir.
10 və 11-ci komissiyalar üzrə rəngkarlıq fənnindən abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya da şamil edilir.
1601-ci komissiyasının rəsm fənnindən alınan müsbət qiymət 1602-ci komissiyanın rəsm fənninə şamil edilir.
210-cu komissiyasının rəsm fənnindən alınan müsbət qiymət 211-ci komissiyanın rəsm fənninə şamil edilir.
Diqqət:
– Şamil edilən imtahan nəticəsi yalnız sonrakı imtahanlara tətbiq edilir, əvvəlki imtahanların nəticələrinə təsir göstərmir.
– Şamil edilən komissiya üzrə abituriyent imtahan verərsə, aldığı qiymət müvafiq komissiya üçün əsas götürülür. Bu halda şamil olunmuş qiymət imtahan verilən müvafiq komissiya üçün qüvvədən düşür.
– Qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür.