Təsviri sənət istiqamətinə aid 13 ( yalnız bir komissiya üzrə qeydiyyatdan keçənlər), 210, 211 (yalnız bir komissiya üzrə qeydiyyatdan keçənlər), 211 (yalnız rus bölməsi), 212, 1601, 1602 (yalnız bir komissiya üzrə qeydiyyatdan keçənlər), 1701-ci komissiyalar və “Bədən tərbiyəsi və idman” istiqamətinə aid 61 (Tovuz OİK), 6401 (Tovuz OİK) və 152-ci (Tovuz OİK) komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər(subbakalavrlar) imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Abituriyentlər (subbakalavrlar) aşağıdakı cədvəldə verilmiş təqvimə uyğun imtahanda iştirak etmək üçün müvafiq olaraq hər imtahandan 5 gün öncədən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap etməlidirlər.
Abituriyentlərin imtahana buraxılış vərəqələri qabiliyyət imtahanlarının qrafikinə uyğun olaraq şəxsi səhifələrində yerləşdiriləcək. Qrafiklə buradan tanış ola bilərsiniz.
Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.