Dövlət İmtahan Mərkəzi tərəfindən 17 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Transformativ liderlik: Dəyişikliklərə rəhbərlik” mövzusunda təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçiləri Aynurə Abdalova və Cavid Əliyev tərəfindən iştirakçılara dəyişikliklərə effektiv rəhbərlik etməyi, komandalarda uyğun motivasiya yaratmağı, transformativ və tranzaksion liderlik üslublarını müqayisə etməyi, dəyişiklik prosesində atılması tələb olunan addımlarla tanış olmağı, transformativ liderin motivasiya alətlərini praktiki tapşırıqlar vasitəsilə öyrənməyi və s. məsələlər barədə ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.