2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanında IV ixtisas qrupu üzrə 450 və daha yüksək bal toplamış kişi cinsli abituriyentlərə I ixtisas qrupu üzrə öz arzularına uyğun olaraq Türkiyə Respublikasının Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı təqdim edilir.
Qeyd olunan təhsil imkanlarından yararlanmaq arzusunda olan kişi cinsli abituriyentlərdən 29 avqust 2026-cı il saat 23:59-dək müraciət formasını (https://shorturl.at/TzDbu) doldurmaları xahiş olunur.
Hər hansı sual yaranarsa, *0811 çağrı mərkəzindən məlumat almaq mümkündür.