18 may 2018-ci il tarixində “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” AZ/15/ENP/OT/40 adlı Tvinninq layihəsinin üzvləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yüksək vəzifəli şəxsləri arasında görüş keçirilmişdir. Aİ üzvü olan Litva tərəfindən layihə rəhbəri Edvardas Zukauskas və yerli layihə rəhbəri Fuad Mayılov, eyni zamanda litvalı ekspertlər Giedrius Kazakevicius və Gintautas Vilkelis ƏƏSMN-nin nazir müavini İdris İsayev və nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Elnur Süleymanovla görüşmüşlər.
Görüş layihənin Azərbaycanın dövlət qulluğu sistemində əməyin qiymətləndirilməsini Avropanın qabaqcıl təcrübəsi əsasında inkişaf etdirmək adlı dördüncü komponenti çərçivəsində təşkil edilmişdir. Görüş zamanı qeyd edilmişdir ki, hazırda ƏƏSMN nəzdində ictimai sektorda əməyin qiymətləndirilməsi məsələsi ilə bağlı məsələlərin həlli üçün işçi qrup yaradılmışdır. Görüş iştirakçıları dövlət qulluqçularının qiymətləndirilməsi sisteminin də inkişafı sahəsində fikir mübadiləsi aparmış və hər iki istiqamətdə görülən işlərin Tvinninq layihəsinin də resurslarından istifadə edərək qarşılıqlı əməkdaşlıq şəraitində davam etdirilməsinə razılaşmışlar.
******
On 18th May 2018 meeting was held in the frame of the Twinning project “Support to Further Reforms in Civil Service System in Azerbaijan” AZ/15/ENP/OT/40 between the members of the Project and top managers of the Ministry of Labour and Social Protection of Population (MLSPP). Project leaders from Member State - Mr. Edvardas Zukauskas and Beneficiary Country - Mr. Fuad Mayilov and Lithuanian experts of the project Mr. Giedrius Kazakevičius and Mr. Gintautas Vilkelis met Mr. Idris Isayev, deputy minister of MLSPP and Mr. Elnur Suleymanov, head of Employment Policy Department of MLSPP. The meeting was held in the frame of forth component of the project - Development of remuneration system in the civil service of Azerbaijan in line with the best European practices. MLSPP currently has a working group that works intensively with public sector remuneration issues. The participants of the meeting shared their ideas on the possible improvement of the remuneration system of civil servants in Azerbaijan and decided to continue cooperation closely on this issue using the Twinning project resources.