Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin rəhbəri Nataliia Alıushyna Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakçılara müraciətini oxuyub, onlara prezidentin təbriklərini çatdırıb.
Tədbirin əsas məqsədi dövlət idarəçiliyi və dövlət qulluğunda rəqəmsal infrastrukturun inkişafı, insan resurslarının idarə edilməsi üçün alət və prosedurların təkmilləşdirilməsi, xüsusilə şəffaf əmək haqqı sistemi və vəzifə təsnifatının həyata keçirilməsi, istedadın qorunması və şəxsi inkişaf, rəqəmsal ünsiyyət və mədəniyyətin dövlət qulluğunun yeni dəyərləri kimi təqdim olunması və digər məsələləri onlayn və ya oflayn formatda müzakirə etmək olub.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və icraçı direktoru Vəfadar Misirov iştirak ediblər.
Bəhram Xəlilov forumun plenar sessiyasında “COVID-19 pandemiyası dövründə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti” adlı təqdimatla çıxış edib və mövzu ilə bağlı sualları cavablandırıb. Qeyd olunan təqdimat pandemiya şəraitinin tələblərinə əsasən imtahanların təşkili, dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə onlayn müsahibələrin keçirilməsi və "ProctorDİM" adlı xüsusi proqram təminatı haqqında məlumatları əhatə edib.
Qeyd edək ki, tədbirdə Ukraynanın Prezident Ofisi, Ukrayna Nazirlər Kabinetinin Katibliyi, digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Şərq Tərəfdaşlığı ölkələri, beynəlxalq yardım proqram və layihələrinin insan resurslarının idarə edilməsi üzrə ekspertləri iştirak ediblər.