Jurnalda ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı verilib. Jurnalın bu xüsusi buraxılışında həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiqi üçün təlimat, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnal elektron versiyada (pdf formatında) hazırlanıb. Jurnalı DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/
Qeyd. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 2023-cü il avqustun 31-dən sentyabrın 4-dək aparılacaq.