Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini elektron formada “Abituriyent” jurnalının iki ayrıca xüsusi buraxılışında nəşr edib.
“Abituriyent” jurnalının bu xüsusi buraxılışlarında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnalların elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).