2025-ci il dekabrın 12-də Dövlət İmtahan Mərkəzində Ulu Öndər, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə Dövlət İmtahan Mərkəzinin rəhbərliyi Heydər Əliyevin Mərkəzin inzibati binasında yerləşən büstü önünə gül dəstələri qoyub, Ümummilli Liderin ruhu qarşısında baş əyib, əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Tədbirdə DİM-in İdarə Heyətinin sədri M.Abbaszadə Ulu Öndərin istər Sovet İttifaqı, istərsə də müstəqilliyin bərpasından sonrakı dövrdə ölkəmizə rəhbərlik etdiyi zamanlarda həyata keçirdiyi təhsil siyasəti və bunun əsasında Azərbaycan iqtisadiyyatı, sənayesi, elmi, xüsusilə milli kadr potensialının inkişafına yönəlmiş strateji addımları haqqında danışıb. Sədrin müavini B.Xəlilov isə öz çıxışında Ümummilli Liderimizin rəhbərliyi, tövsiyələri ilə hazırlanmış proqramlar, qəbul edilən qərarlar və seçilən strateji yol xəritələrinin ölkə təhsilinin uzunmüddətli və dinamik inkişafını təmin etdiyini qeyd edib.
Daha sonra Mərkəzin rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edib.
Allah rəhmət eləsin!