5 dekabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Akif Bayramov və həmin sektorun böyük məsləhətçisi Röyal Şərifov tərəfindən Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün “Vəzifə təlimatı və müsahibə proqramlarının hazırlanması” mövzusunda təlim keçirilib.
Təlim iştirakçılarına inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə müvafiq informasiya sistemlərindən istifadə qaydaları və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.