19 fevral 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku mərhələsi keçirilib.
Danışıq bloku üzrə imtahanda iştirak etməli olan 216 nəfərdən 195-i imtahana gəlib.
Qeyd edək ki, bu imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 15 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər.
Xarici dil fənni üzrə ümumi imtahan nəticələrinin iki həftədən sonra elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, danışıq bloku üzrə imtahanda minimum 2 bal toplamayan şəxslər fevralın 16-da keçirilən ilk 4 blok üzrə imtahanda lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.