Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2026-cı il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, iyunun 26-da isə danışıq bloku üzrə imtahan keçirilib.
İmtahan iştirakçıları nəticələr ilə DİM-in internet saytında tanış ola bilərlər.
Qeyd edək ki, imtahanın ikinci mərhələsinə birinci mərhələdə azı 60% nəticə göstərən 129 namizəd buraxılıb.
Xarici dil imtahanının hər iki hissəsində 126 nəfər iştirak edib.
Xarici dil fənni üzrə imtahanın balı həm hər bir bacarıq (“Dinləyib-anlama”, “Oxuyub-anlama”, “Yazı” və “Danışıq”) üzrə ayrılıqda, həm də ümumi imtahan üzrə hesablanır. Bacarıqlar üzrə ballar hesablanarkən, toplanmış xam ballar əmsallara vurulur və toplanır. İmtahan üzrə toplanıla bilən maksimal bal 60-dır.
Azərbaycan dilində “Esse” yazısı üzrə toplanıla bilən maksimal bal 60-dır.
Aşağıdakı cədvəldə imtahanın komponentləri, toplana bilinən xam bal, maksimum bal və balların hesablanması göstərilmişdir:
|
|
II mərhələ |
|
|||
|
Komponentlər |
Tapşırıqların sayı |
Xam bal |
Əmsal |
Toplana bilən |
Minimal tələb |
|
Xarici dil - Dinləyib-anlama |
10 |
10 |
1 |
10 |
2 |
|
Xarici dil - Oxuyub-anlama |
20 |
20 |
1 |
20 |
5 |
|
Xarici dil - Esse |
250-300 sözlük esse |
10 |
2 |
20 |
5 |
|
Xarici dil - Danışıq |
3 |
10 |
1 |
10 |
2 |
|
Xarici dil üzrə - Cəmi |
60 |
42 |
|||
|
Azərbaycan dili - Esse |
250-300 sözlük esse |
10 |
6 |
60 |
42 |
|
II mərhələ üzrə – Cəmi |
120 |
--- |
|||
|
*II mərhələ üzrə ballar hesablanarkən xam ballar əmsallara vurulur. |
|||||
Azərbaycan dilində icra olunan esse tapşırığından 70% (42 bal) və xarici dilin bütün komponentləri üzrə cəmi 70% (42 bal), hər bir komponenti üzrə 20%-dən (“Dinləyib-anlama” və “danışıq” bacarığının hər biri üçün 2 bal, “oxuyub-anlama” və “yazı” bacarığının hər biri üçün 5 bal) az olmayaraq nəticə göstərən namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar.
Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və müsahibə mərhələsinə buraxılan iştirakçıların sayı 65 nəfər olub. Hər iki mərhələ üzrə ümumi balın hesablanması imtahanın 1-ci mərhələsi üzrə (maksimum 120 bal), imtahanın 2-ci mərhələsinin “Xarici dil fənni” üzrə (maksimum 60 bal) və Azərbaycan dili üzrə “esse” yazısı üzrə toplanan (maksimum 60 bal) balların cəmlənməsi yolu ilə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 iyul 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00-dan 26 iyul saat 17:00-dək doktorantura@dim.gov.az ünvanına yazılı müraciətlərini göndərə bilərlər. Qeyd edək ki, bu elektron poçt ünvanına texniki məsələlərlə bağlı deyil, yalnız məzmunla bağlı müraciətlər göndərilə bilər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.