Dövlət İmtahan Mərkəzi tərəfindən 26 dekabr 2021-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək.
Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 19 dekabr saat 18:00-dək davam edəcək.
Məlumat üçün bildirək ki, imtahan müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.
Namizədlər aşağıda qeyd olunan linkdəki müvafiq keçidlər vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.