Təlimdə iştirakçılara istiqamətlər üzrə xüsusi qabiliyyət imtahanlarının xüsusiyyətləri, imtahan binasında rəhbərlərin yerinə yetirdikləri vəzifələr, abituriyentin davranış qaydaları və s. barədə təqdimat nümayiş etdirilib. Bununla yanaşı, təlimdə iştirakçıların sualları cavablandırılıb, imtahan zamanı yarana biləcək konkret situasiyalara uyğun tövsiyələr verilib.
Təlimlərdə əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, imtahan rəhbərlərinin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, imtahanın peşəkar idarə olunması üçün mühüm məqamları qeyd etmək, imtahan rəhbərlərinin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-sualla ortaya çıxarmaqdır.
Xatırladaq ki, imtahan rəhbərləri üçün müvafiq təlim qabiliyyət imtahanı günü imtahandan əvvəl də keçirilir.