Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 30 yanvar 2025-ci il tarixində qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin imtahanı, həmçinin xarici dövlətlərdə ali təhsil almış şəxslərin peşə tanınması imtahanını keçirəcək.
İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.