Dövlət İmtahan Mərkəzi 5 aprel 2026-cı il tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.
Bu imtahanda iştirak etmək üçün 1227 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.
İmtahan iki növbədə keçirilib. Birinci növbə saat 10:00-da başlanıb və 3 saat davam edib. İkinci növbə imtahan isə 16:00-da başlanıb.
Dövlət qulluğuna qəbul imtahanında 1111 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 15 nəfər, BB2 altqrupu üzrə 46 nəfər, BB3 altqrupu üzrə 70 nəfər, BB4 altqrupu üzrə 132 nəfər olmaqla, ümumilikdə 263 namizəd uğur qazanıb.
İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 6, 7 və 8 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.