İmtahan 13 dekabr 2025-ci il tarixində DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
İmtahan iştirakçıları nəticələrini elektron qaydada 6 həftə sonra əldə edə bilərlər.
Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur. İmtahanda 12 nəfər iştirak edib.
DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.
Əlavə məlumat üçün international@dim.gov.az elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.