İmtahan 28 iyun 2025-ci il tarixində keçiriləcək. Son qeydiyyat tarixi 13 may 2025-ci ildir.
Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.
İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz.
Ətraflı məlumat üçün international@dim.gov.az poçt ünvanına müraciət edə bilərsiniz.