Təlim 18 nəfərlik qruplar şəklində təşkil edilib və aşağıdakı mövzuları əhatə edib:
-
Ünsiyyət zamanı ilkin təəssüratın əhəmiyyəti;
-
Ünsiyyət və onun tərəfləri;
-
Müsbət ilkin təəssüratın formalaşdırılması;
-
Şəxsiyyət tiplərinə əsasən ünsiyyət tərzləri;
-
Etik davranışın səmərəli ünsiyyətdə rolu;
-
Ünsiyyət zamanı münaqişəli vəziyyətlərin idarə olunması;
-
Ünsiyyətqurma çətinlikləri;
-
Ünsiyyət prosesində stresin idarə olunması;
-
Ünsiyyət zamanı manipulyasiya texnikaları.
Təlimlərdə DİM haqqında ümumi məlumat, imtahanlar, imtahanların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir, tapşırıqlar qoyulur və fikir mübadiləsi aparılır. Bundan əlavə, zal nəzarətçisinin fəaliyyətinin daha çox praktiki tərəflərini və imtahanların təşkili, gedişi və yekunu zamanı baş verə biləcək hallar və problemləri əhatə edən interaktiv treninq (nəzarətçi təlimatı və psixoloji stres - menecment təlimi) və təcrübi məşğələlər keçirilir.
İki gün davam edən təlimin sonunda namizədlər yekun test imtahanında iştirak ediblər. Yekun test imtahanından məqbul qiymət alan namizədlərə zal nəzarətçisi sertifikatı veriləcəkdir. Sertifikat almış nəzarətçilər mütamadi olaraq DİM tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcəklər.
Xatırladaq ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədi ilə namizədlərin elektron qeydiyyatı 31 yanvar 2019-cu ildə başa çatıb. Cari ilin avqust ayından etibarən isə qeydiyyat sistemi yenidən aktiv ediləcəkdir.