Mayın 4-dəki seminar DİM əməkdaşı Elmir Məmişov tərəfindən 16 nəfərlik qrupla aparılmış, namizədlərə DİM haqqında ümumi məlumat, imtahanlar, imtahanların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilmiş, tapşırıqlar qoyulmuş və fikir mübadiləsi aparılmışdır.
Mayın 8-də növbəti təlim-seminar baş tutmuşdur. DİM-in əməkdaşı Məhəmməd Adıgözəlov tərəfindən keçirilən təlimdə namizədlərlə imtahanın psixoloji nüansları, stress, stressin idarə olunması və s. psixoloji mövzularda söhbət aparılmış, müxtəlif psixodramalar tapşırıq şəklində yerinə yetirilmişdir. Günün sonunda sertifikat almaq istəyən namizədlər yekun imtahan mərhələsinə cəlb olunmuşlar.
Sertifikat almış nəzarətçilər mütamadi olaraq DİM tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcəklər.