Təlim 20 nəfərlik qruplar şəklində təşkil edilib və aşağıdakı mövzuları əhatə edib:
· Ünsiyyət zamanı ilkin təəssüratın əhəmiyyəti;
· Ünsiyyət və onun tərəfləri;
· Müsbət ilkin təəssüratın formalaşdırılması;
· Şəxsiyyət tiplərinə əsasən ünsiyyət tərzləri;
· Etik davranışın səmərəli ünsiyyətdə rolu;
· Ünsiyyət zamanı münaqişəli vəziyyətlərin idarə olunması;
· Ünsiyyətqurma çətinlikləri;
· Ünsiyyət prosesində stresin idarə olunması;
· Ünsiyyət zamanı manipulyasiya texnikaları.
Qeyd edək ki, namizədlərə təlimləri uğurla başa vurduqdan və yekun test imtahanından keçdikdən sonra zal nəzarətçisi sertifikatı veriləcəkdir.
Sertifikat almış nəzarətçilər mütamadi olaraq DİM tərəfindən keçirilən imtahanlarda nəzarətçi kimi iştirak edəcəklər.