Xəbərlər
Təlimdə Oğuz və ətraf rayonlarda yerləşən mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, yerli icra hakimiyyəti orqanları və məkhəmə orqanlarında çalışan 30-a yaxın dövlət qulluqçusu iştirak edib
Qəbulda Zərdab, İmişli, Füzuli və Beyləqan rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər
Seminarın məqsədi geniş istifadə olunan səriştə modeli vasitəsilə dövlət idarəçiliyində dövlət qulluqçularının seçilməsi, vəzifə yüksəlişində səriştələrin ölçülməsi və xidməti fəaliyyətin hərtərəfli qiymətləndirilməsi və digər məsələləri müzakirə etməkdir
Seminarda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin Məşqçilik ixtisasına qəbul üçün müsabiqə şərtlərinə və qabiliyyət imtahanlarının texnoloji təminatına dair müzakirələr aparılıb
Məlum olduğu kimi, Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Test Mərkəzinin (DTM) nümayəndələri Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə ölkəmizdə işgüzar səfərdədirlər
Bu silsilədən olan “Биологическая химия”, “Патологическая физиология” və “Гистология (цитология, эмбриология, общая и частная гистология)” adlı vəsaitlər artıq nəşr edilmişdir
Dövlət İmtahan Mərkəzi tərəfindən Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi ilə birlikdə 2019-cu ilin 29-30 noyabr tarixlərində Lənkəran və Şamaxı şəhərlərində gənclərlə görüş keçirilib
Səfər çərçivəsində DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib
25 - 29 noyabr 2019-cu il tarixlərində Azərbaycan dili, ingilis dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib
Təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Statistika Komitəsinin əməkdaşları və müsahibələrə müstəqil ekspert qismində cəlb olunacaq nümayəndələr iştirak ediblər
İndiyə qədər 708 nəfər sertifikat almaq üçün müraciət edib və hazırda onlar müsahibə və test imtahanı mərhələsinə dəvət olunurlar
DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov 2019-cu il 21-22 noyabr tarixlərində Dövlət Qulluğu üzrə Astana Regional Xabının və Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin dəvəti əsasında Qazaxıstan Respublikasının Türküstan şəhərinə səfər etmişdir