DAAD 1925-ci ildə Heydelberqdə tələbələrin və tədqiqatçıların beynəlxalq mübadiləsi üçün qurulan alman ali məktəblərinin birgə qurumudur. Alman Akademik Mübadilə Xidməti beynəlxalq ali məktəb əməkdaşlığı üzrə ən maliyyə ayıran böyük alman təşkilatıdır.
DİM DAAD-ın Azərbaycandakı nümayəndəliyi ilə 2021-ci ildən əməkdaşlıq edir. Əməkdaşlıq nəticəsində “Alman dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilmişdir. Lahiyə çərçivəsində 24 fevral – 1 aprel 2021 tarixlərində 10 sessiyadan ibarət təlim proqramı təşkil edilmişdir. Təlim proqramının iştirakçıları aşağıdakı mövzulara dair bilik və bacarıqlar əldə ediblər:
- Dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;
- Dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;
- Qrammatikanın və lüğət bazasının qiymətləndirilməsi;
- Fərqli CEFR səviyyələri üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi.
“Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsi üzrə təlimçi dilin qiymətləndirilməsi üzrə mütəxəssis, Almaniyanın Rur Universitetinin müəllimi Anna Soltyska olmuşdur. Təlimə müxtəlif orta və ali təhsil müəssisələrinin alman dili müəllimləri qoşulmuşdur. Müsabiqə yolu ilə seçilmiş iştirakçılardan təlimi uğurla tamamlayanlarla DİM alman dili üzrə yoxlama-ölçmə materiallarının hazırlanması istiqamətində əməkdaşlıq edir.