Dövlət Qulluğu üzrə Astana Regional Xabı
Dövlət Qulluğu üzrə Astana Regional Xabın (Regional Xab) yaradılması təşəbbüsü Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən irəli sürülmüşdür. Regional Xabın təsis konfransı 2013-cü il martın 15-də keçirilmiş. Regional Xabın təsisçiləri arasında Azərbaycan Respublikası da təmsil olunmuşdur.
Dövlət qulluğu sahəsində Regional XAB-ın yaradılmasının əsas məqsədi region ölkələri arasında, beynəlxalq təşkilatların iştirakı ilə fasiləsiz bilik və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan institusional şəbəkənin formalaşdırılmasıdır.
Regional Xabın əsas fəaliyyət istiqamətləri:
-
Region dövlətlərində həyata keçirilən dövlət qulluğu islahatlarının təhlili;
-
Peşəkar şəbəkələrin potensialının artırılması və əməkdaşlığının gücləndirilməsi;
-
Mütərəqqi təcrübələrin mütəmadi mübadiləsi üçün imkanların və institusional platformanın yaradılması;
-
Birgə proqram, layihə və digər tədbirlərin icrası;
-
Regionda dövlət qulluğu sistemlərinin və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Regional Xabla sıx əməkdaşlıq edir və DİM Direktorlar Şurasının sədri Xabın İdarə Heyətinin üzvüdür.
Regional Xab haqqında daha ətraflı məlumatı http://www.regionalhub.org/ saytından əldə edə bilərsiniz.