Dövlət İmtahan Mərkəzi fəaliyyət başladığı ilk günlərdən Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Avropa İttifaqının təsisatlarından biri olan Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyi vasitəsilə həyata keçirilir. Nümayəndəliyin mandatına aşağıdakılar daxildir:
-
Azərbaycanın hökumət qurumları ilə hərtərəfli əlaqələrin saxlanması, Aİ, onun qurumları və proqramları ilə bağlı məlumatlandırmanın artırılması yolu ilə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin təşviq edilməsi;
-
Aİ ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq üzrə Sazişin icrasına nəzarət edilməsi;
-
Aİ-nın inkişafı ilə bağlı ictimaiyyətin məlumatlandırılması, Aİ-nın fərdi siyasətlərinin izah və müdafiə edilməsi;
-
Avropa İttifaqının yardım proqramlarında iştirak.