Mərkəzi və Şərqi Avropada Dövlət İdarəçiliyi İnstitutu və Məktəbləri Şəbəkəsi (NİSPAcee) ilə əməkdaşlıq
NISPAcee 1994-cü ildə müstəqil, gəlir əldə etməyən, qeyri-hökümət təşkilatı kimi yaranmışdır, Mərkəzi və Şərqi Avropada dövlət idarəçiliyi sahəsində problemlər üzrə fəaliyyət göstərir. 1995-ci ilin oktyabrında NİSPAcee müstəqil hüquqi qurum olaraq Slokaviyada beynəlxalq təşkilat kimi qeydiyyatdan keçmişdir.
NİSPAcee-nin fəaliyyəti NİSPACEE-nin üzv qurumlarının institutları da daxil olmaqla, məktəblər və təlim mərkəzləri, eləcə də təlim və təhsil sahəsinə məsul ola dövlət qulluqçularını əhatə edir.
NİSPAcee əsas fəaliyyət istiqamətlərinə daxildir:
-
İllik konfranslar
-
Seminar və təlim proqramları
-
Nəşrlər
-
Mübadilə proqramları və Dövlət İdarəçiliyi Proqramlarının inkişafı
-
Tədqiqat
-
Dövlət Qulluğu Forumları
-
Məlumat xidmətləri və İctimaiyyətlə əlaqələr
-
Alena Brunovska Mükafatı (Alena Brunovska NİSPAcee-nin əsasını qoyanlardan biri və təşkilatın Rəhbər Komitəsinin ilk sədri olmuşdur. Mükafat Mərkəzi və Şərqi Avropa regionunda üzv qurumlarda dövlət idarəçiliyi sahəsində təhsil və araşdırmaların, proqram və kurslarının keyfiyyətinin artırılması ilə bağlı akademiklərə və müəllimlərə verilir.
NISPAcee öz missiyasını 5 fundamental funksiya əsasında həyata keçirir: Təşkilatın əsas məqsədi bu fundamental funksiyalar ilə bağlıdır.
-
Şəbəkələşmə
-
Təlim və təhsilin təşviqi
-
Araşdırmalar/ tədqitatın genişləndirilməsi
-
Məsləhət / konsultasiya xidmətlərinin inkişafı
-
Məlumat dəstəyinin göstərilməsi - təbliğat
NISPAcee-nin uzun müddətli məqsədi maliyyə davamlılığını təmin etməkdir. Bu məqsədlə üzlük haqqı tətbiq olunur.
Mövcud olduğu dövrdən NİSPAcee aşağıdakı əsas layihələri uğurla başa çatdırmışdır:
-
NİSPAcee-nin bütün funksiya və proqramlarının icrasına məsul olan icraçı katiblik yaradılmış və təkmilləşdirilmişdir;
-
Hər il araşdırma yönümlü konfranslar təşkil edilir;
-
Yay seminarları;
-
İldə iki dəfə Dövlət Qulluğu üzrə Forumlar;
-
Digər ixtisaslaşmış görüşlər;
-
Məlumat, öyrənmə eləcə də, araşdırma məqsədilə nəşrlər ilə bağlı proqramları həyata keçirir;
-
Mərkəzi Avropa ölkələrinin dilinə tərcümə edilmiş Dövlət Maliyyəsi haqqında broşür;
-
dövlət idarəçiliyi və dövlət siyasəti haqqında rüblük Xəbərlər və tədbirlər haqda sənədlər;
-
SİGMA-nın və digər təşkilatların nəşrləri;
-
Mərkəzi Avropa ölkələrində akademik proqramların qiymətləndirilməsi;
-
2 il Şərq - Şərq Mübadiləsi proqramınn həyata keçirilməsi;
-
Məlumat bazası və websaytın yaradılması www.nispa.org.
NİSPACee regionun öz bilik və bacarıqlarını bölüşmək istəyən insanları və qurumlarının birgə səyi nəticəsində, sahə üzrə cari və gələcəkdə yarana biləcək problemlərin öhdəsindən gəlmək üçün onalrın cəhdlərinin biləşdirilməsindən yaradılmışdır. NİSPAcee birgə tədqiqatlar, təhsil və təlim proqramlarına dəstək göstərmə, vasitəçilik etmə və asanlaşdırma yolu ilə və təlimatçılar, dövlət qulluqçuları, təlimçilər, dövlət sektorunda rəhbərlər və siyasətçilər arasında müzakirələr vasitəsi ilə Şərq-Şərq əməkdaşlığı üçün bir arenadır.
|
||
Tarix |
Tədbirin keçirildiyi yer |
Tədbirin mövzusu |
20-21 oktyabr 2011-ci il |
Macarıstan / Budapeşt şəhəri |
Strateji görüş |
15-18 may 2013-cü il |
Serbiya / Belqrad şəhəri |
“Regionlaşma və regionlararası əməkdaşlıq” mövzusunda keçirilən 21-ci illik konfrans |
23 may 2015-ci il |
Gürcüstan / Tbilisi şəhəri |
23-cü illik konfrans |
NİSPAcee-nin növbəti İllik Konfransı 18-20 may 2017-ci ildə Rusiya Federasiyası, Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmişdir. Tədbir Kazan Federal Universiteti ilə birgə təşkil olunmuşur. Konfransın əsas mövzusu “Dövlət sektorunda innovativ idarəçilik”dir. (Innovation Governance in the Public Sector)