ETS – Educational Testing Service
Təhsilin Qiymətləndirilməsi Xidməti (ETS – Educational Testing Service) imtahan və qiymətləndirmə sahəsində dünyanın ən böyük özəl qeyri-kommersiya təhsil təşkilatıdır. ETS əsasən ABŞ-da K-12 və ali təhsil üçün müxtəlif standart testlər tərtib edir, həmçinin 180-dən çox ölkədə TOEFL iBT, TOEIC, GRE, HiSET və Praxis kimi beynəlxalq imtahanları idarə edir.
Qiymətləndirmələrə əlavə olaraq, ETS təhsil tədqiqatları, təhlillər və təhsil siyasəti üzrə araşdırmaları aparır və müəllimlərin sertifikatlaşdırılması, ingilis dilinin öyrənilməsi və ibtidai, orta və orta təhsildən sonrakı təhsil üçün müxtəlif fərdi xidmətlər və məhsullar hazırlayır.
DİM ilə ETS təşkilatı arasında imtahanların idarə olunması istiqamətində (o cümlədən TOEFL iBT, SAT və GRE imtahanları) əməkdaşlıq 7 ilə yaxındır davam edir.
DİM-in ETS Global təşkilatı ilə birgə mütəmadi olaraq TOEFL iBT, GRE® General Test imtahanlarını təşkil edir. Əlavə olaraq ingilis dili müəllimləri, ingilis dilini öyrənmək və dil bacarıqlarını qiymətləndirmək istəyənlər üçün TOEFL iBT, GRE® General Test imtahanları ilə tanışlıq vebinarları, məlumat sessiyaları və praktik təlimlər keçirilir.
Xatırladaq ki, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanların keyfiyyəti ilə bağlı 2006-cı ilin avqust ayında ETS tərəfindən audit edilib və təşkilatın fəaliyyəti müsbət qiymətləndirilib.