TAIEX - Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti
TAİEX – Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti Avropa Kommissiyası (AK) tərəfindən idarə edilən institusional quruculuq alətlərindən biridir. Bu alət, 1996-cı ildə Aİ-nin Üzv Dövlətlərinin (ÜD) dövlət qurumları tərəfindən Avropa İttifaqına (Aİ) qoşulmağa hazırlaşan ölkələr üçün bütün sahələr üzrə Aİ qanunvericiliyinə dair texniki ekspertizanın təmin edilməsi məqsədilə tətbiq edilməyə başlamışdır. 2006-cı ildə bu alət həm Şərq, həm də Cənub qonşuluq ölkələrində tətbiq edilməyə başladı. TAİEX alətinin əsas maliyyə mənbəyi genişlənmə sahəsində fəaliyyətlər üzrə Üzvlüyə Namizəd Ölkələr üçün Yardım Aləti (İPA II), Qonşuluq ərazilərində həyata keçirilən fəaliyyətlərlə bağlı isə Avropa Qonşuluq Aləti (AQA) tərəfindən təmin edilir. TAİEX əsasən tələbata əsaslanan yardım alətidir və qısamüddətli institusional inkişaf, eləcə də potensialın gücləndirilməsi sahəsində ehtiyacların qarşılanması məqsədilə xüsusi hazırlanmış müvafiq təcrübələrin çatdırılması prosesini asanlaşdırır.
TAİEX yardımı aşağıdakı vasitələrlə həyata keçirilir:
-
Seminarlar (bir və ya bir neçə benefisiar ölkə üçün)
-
Ekspert missiyaları
-
Təlim səfərləri
TAİEX Aİ siyasətlərini, qanunvericiliklərini, qaydalarını – hüquqi akt normalarını anlamaqda, onların mübadiləsində, həyata keçirilməsində və tətbiqində Benefisiar Ölkələrin (BÖ) Dövlət Qurumlarına (DQ) dəstək olur, eyni zamanda qabaqcıl təcrübələrin mübadiləsini asanlaşdırır. Bu alət, əsasən tələbata əsaslanan yardım vasitəsidir və qısa zaman çərçivəsində müəyyən məsələlərin həlli ilə əlaqədər həyata keçirilir. TAİEX alətinin Azərbaycanda tətbiqi Azərbaycanda TAİEX aləti 2008-ci ildən Aİ-nin AQTA çərçivəsində aparıcı yardım aləti olmuşdur.
Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun İnstitusional Quruculuq Bölməsi tərəfindən idarə olunan TAIEX –Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti 2006-cı ildən həmçinin Avropa Qonşuluq Siyasəti (AQS) ölkələri və Rusiya (Decision 2006/62/EC) üçün də tətbiq edilən institusional quruculuq alətidir.
Bu genişlənmə fəaliyyətinə Avropa Komissiyası (AK) ilə sıx əməkdaşlıq zəminində Proqram İdarəetmə Qurumunun (PİQ – hansı qurumda fəaliyyət göstərirsə) nəzdində fəaliyyət göstərən və eyni zamanda Tvinninq üzrə MƏŞ funksiyasını yerinə yetirən TAIEX üzrə Milli Əlaqələndirici Şəxs (MƏŞ) tərəfindən dəstək göstərilir.
TAIEX qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması, tətbiqi və həyata keçirilməsində AQS ölkələrinə yardım edir. TAIEX əsasən tələblərə əsaslanan alətdir və problemlərin həlli məqsədilə qısa müddət ərzində ehtiyaclara uyğunlaşdırılmış müvafiq ekspert təcrübəsinin təmin edilməsinə kömək edir. TAIEX Aİ-yə Üzv Dövlətlərin (ÜD) dövlət qurumlarının ekspertləri tərəfindən Tərəfdaş Ölkələrdəki həmkarlarına və maraqlı tərəflərə yardım göstərilməsini təmin edir.
2006-cı ildə Aİ-nin yeni Avropa Qonşuluq və Əməkdaşlıq Aləti (AQTA) çərçivəsində TAIEX Azərbaycanda əsas əməkdaşlıq alətinə çevrildi. TAIEX tədbirlərinin sayının çox olması Azərbaycanın dövlət qurumlarının TAIEX-ə Aİ-nin səmərəli yardım alətlərindən biri kimi daha çox maraq göstərdiyini əks etdirir.
Qeyd:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 2016-cı ildə E-markinqin tətbiqi üzrə ekspert missiyası üçün TAIEX alətinə müraciət etmişdir.
Daha çox məlumat əldə etmək üçün www.pao.gov.az internet səhifəsinin "TAIEX Azərbaycanda" bölməsinə daxil olun.