Ümumi Məlumat
25 sentyabr 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə – “Cambridge University Press & Assessment” qurumu ilə Anlaşma Memorandumu imzalayaraq rəsmi tərəfdaşlığa başlayıb. 2020-ci ilin iyul ayından etibarən DİM ölkədə Kembricin rəsmi test mərkəzlərindən biri kimi fəaliyyət göstərmək hüququ əldə edib.
Belə ki, “Cambridge University Press & Assessment” qurumu ingilis dilini öyrənənlər və müəllimlər üçün dünyanın qabaqcıl kvalifikasiya və imtahanlarını təqdim edir. Hər bir imtahan danışıq, yazı, oxu və dinləmə bacarıqlarını CEFR (Common Eeuropean Framework of References for Languages) səviyyələrinə uyğun şəkildə ölçür. Kembric kvalifikasiyaları və testləri dünya miqyasında 25.000-dən çox təşkilat, universitet və qurum tərəfindən tanınır.Həmçinin qurum imtahanlara hazırlaşmaq istəyən şəxslər üçün onlayn və kağız əsaslı resurslar da təklif edir.
Dövlət İmtahan Mərkəzi Kembricin rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) və LinguaSkill imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
1. Kembric İngilis dili üzrə Kvalifikasiyalar (Cambridge English Qualifications - CEQ)
“CEQ” ingilis dilini xarici dil kimi öyrənənlər üçün ingilis dili üzrə səriştələri qiymətləndirmək məqsədilə hazırlanmış bir sıra imtahanlar qrupudur. Bu kvalifikasiyalar hər yaşdan və istənilən səviyyədə ingilis dili bacarıqlarına sahib insanları ingilis dilini öyrənməyə həvəsləndirir və gündəlik həyatda lazım olan praktiki bacarıqları inkişaf etdirir. Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu 4 istiqamət üzrə müvafiq imtahanlar təklif edir.
1. Azyaşlılar üçün
2. Məktəblilər üçün
3. Ümumi və Ali təhsil üçün
4. İş üçün
Azyaşlılar üçün
Bu kvalifikasiyalar xüsusi olaraq azyaşlılar üçün, onları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə hazırlanmışdır. Hər bir namizəd imtahan verdikdən sonra Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat əldə edir.
PreA1 Starters - azyaşlı öyrənənlər üçün nəzərdə tutulan üç imtahandan birincisidir. Hər üç imtahan azyaşlı uşaqların ingilis dilini öyrənməsində ilk addımlar atmağına kömək edir. Bu imtahanın verən heç bir namizəd nəticəsindən asılı olmayaraq sertifikatsız qalmır. Belə ki, istənilən halda hər uşağa öz nailiyyətini əks etdirən sertifikat verilir.
A1 Movers - azyaşlılar üçün xüsusi olaraq tərtib edilən ikinci imtahandır. Azyaşlılar üçün keçirilən bütün imtahanlar əyləncəli və rəngarəng olur, müxtəlif fəaliyyət və oyunlara əsaslanır və uşaqları öyrənməyə həvəsləndirir.
A2 Flyers - azyaşlı uşaqlar üçün xüsusi olaraq hazırlanmış üçüncü imtahandır. Bu imtahanlar azyaşlı öyrənənlərin inamını artırır və ingilis dilində gələcək müvəffəqiyyətlərin əsasını qoyur.
Məktəblilər üçün
Bu kvalifikasiyalar xüsusi olaraq məktəblilər üçün hazırlanmışdır. Bu imtahanlar uşaqlar və yeniyetmələrin özlərinə inam qazanmalarına və ingilis dili bacarıqlarını inkişaf etdirməsinə kömək edir. Hər bir kəs imtahan verdikdən sonra “CAE” tərəfindən dünya miqyasında tanınan sertifikat ilə təmin edilir.
A2 Key for Schools –bu kvalifikasiya şagirdlərin gündəlik ingilis dili yazı və danışıq bacarıqlarını A2 səviyyəsində inkişaf etdirməyə kömək edir. Bu imtahan şagirdlərin A2 səviyyəsində əldə etdikləri bacarıqları möhkəmləndirir və yoxlayır.
B1 Preliminary for Schools - ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan şagirdlər üçün orta səviyyəli bir kvalifikasiyadır.
B2 First for Schools – bu kvalifikasiya şagirdlərin daha yüksək səviyyəli imtahanlara hazırlaşması üçün əla bir vasitədir və onların ingilis dilli bir mühitdə özünə inamlı şəkildə ünsiyyət qurmaqları üçün lazım olan dil bacarıqlarına sahib olduqlarını göstərir.
C1 Advanced* - ingilis dilində yüksək səviyyədə dil bacarıqlarına sahib olmağın bir sübutudur. Universitet və ya peşə həyatına hazırlaşan şagirdlər üçün ideal kvalifikasiyadır.
C2 Proficiency* - Kembric İngilis dili üzrə Kvalifikasiyalar arasında ən yüksək kvalifikasiya növüdür və şagirdlərin ingilis dilini əla səviyyədə mənimsədiklərini sübut edir.
Ümumi və ali təhsil
Karyera və ali təhsil məqsədləri üçün ingilis dilinə ehtiyacı olan şəxslər üçün bu kvalifikasiyalar nəzərdə tutulur. Hədəfləriniz nə olursa olsun, bu kvalifiaksiyalar sizə uğur qazanmaq üçün lazımi bilik və bacarıqları verəcəkdir.
A2 KEY - kvalifikasiya gündəlik həyatda ünsiyyət qurmaq üçün sizə lazım olan ingilis dili bacarıqlarını sübut etmək üçündür. Belə ki, ingilis dilini öyrənməyə yeni başlamısınızsa, A2 KEY imtahanını vermək ən düzgün seçimdir.
B1 Preliminary - ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olanlar üçün nəzərdə tutulan orta səviyyəli bir kvalifikasiyadır.
B2 First - kvalifikasiya ingilis dilli bir mühitdə özünə inamlı şəkildə ünsiyyət qurmaq üçün lazım olan dil bacarıqlarına sahib olduğunuzu göstərir.
C1 Advanced* - ingilis dilində yüksək səviyyədə dil bacarıqlarına sahib olmağın sübutudur və sizi universitet və ya peşə həyatına hazırlamaq üçün ideal kvalifikasiyadır.
C2 Proficiency* - CEQ arasında ən yüksək kvalifikasiya növüdür və ingilis dilini əla səviyyədə mənimsədiyinizi dünyaya sübut edir.
2. Cambridge İngilis dili üzrə Tədris (Cambridge English Teaching - CET)
“CET” kvalifikasiyalarından birində iştirak etməklə siz tədris bilik və bacarıqlarınızı, özünüzə inamınızı artıracaq, eyni zamanda müəllim karyeranızda irəliləməyiniz üçün böyük addım atmış olacaqsınız.
TKT ingilis dilinin tədrisi sahəsində müəllimlərin bilik və bacarıqlarını yoxlayan Kembric kvalifikasiyalarından biridir. Yeni və ya təcrübəli müəllim olmağınızdan asılı olmayaraq beynəlxalq səviyyədə tanınan TKT sertifikatı əldə etməklə həm özünüzü inkişaf etdirə, həm də pedaqoji bacarıqlarınızı sübut edə bilərsiniz.
İstədiyiniz müddət ərzində, istədiyiniz qədər modul götürmək şansınız var. Tamamladığınız hər modul üçün Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən sizə sertifikat təqdim edilir.
TKT-nin 3 əsas və 2 ixtisaslaşma modulu var:
TKT
|
Əsas modullar
|
İxtisaslaşma modulları
|
Modul 1
Dili öyrənmə və tədris etmək üçün təməl
|
CLIL (Content Language İntegrated Learning)
Məzmun və dilin inteqrativ tədrisi
|
Modul 2
Dilin tədrisi üçün dərsin planlaşdırılması və müxtəlif mənbələrdən istifadə
|
YL (Young Learners)
Azyaşlı öyrənənlərə dilin tədrisi
|
Modul 3
Tədris və təlim prosesinin idarə edilməsi
|
|
Qeyd: TKT modulları üzrə imtahanları istənilən ardıcıllıqla vermək mümkündür və hər bir modul üzrə ayrıca sertifikat verilir.
İmtahanda iştirak etmək üçün qeydiyyat linki: https://eservices.dim.gov.az/iexams/az/login.aspx
3. LinguaSkill
Linguaskill modulları vasitəsilə dörd dil bacarığının hamısını - danışıq, yazı, oxu və dinləmə yoxlaya bilərsiniz. Bu test təşkilatların, fərdlərin və namizədlərin ingilis dili səviyyələrini Süni İntellekt texnologiyasına əsaslanaraq yoxlamalarına kömək etmək üçün mövcud olan sürətli və rahat onlayn testdir.
Testin nəticələri 48 saat ərzində təqdim olunur. Namizədlər testi istənilən vaxt, istənilən yerdə götürə bilərlər. Nəticələr dil bacarıqlarını müəyyənləşdirən beynəlxalq standart (CEFR) ilə uyğunlaşdırılır.
İmtahanların qiymətləri
İmtahan adı
|
Qiymət
|
A2 Key
|
180
|
A2 Key for schools
|
180
|
B1 Preliminary
|
190
|
B1 Preliminary for schools
|
190
|
B2 First
|
300
|
TKT (Teaching Knowledge Test)
|
160
|
Pre A1 Starters
|
125
|
A1 Movers
|
140
|
A2 Flyers
|
150
|
İmtahanların tarixləri
TKT ( Teaching Knowledge Test)
İmtahan günü
|
Son qeydiyyat tarixi
|
24.02.2024
|
11.01.2024
|
02.03.2024
|
18.01.2024
|
16.03.2024
|
01.02.2024
|
27.04.2024
|
11.03.2024
|
29.06.2024
|
15.05.2024
|
31.08.2024
|
17.07.2024
|
26.10.2024
|
11.09.2024
|
21.12.2024
|
06.11.2024
|
Azyaşlı öyrənənlər üçün Kembric ingilis dili
28.09.2024
23.11.2024
22.12.2024
4. İngilis dili üzrə Kembric rəsmi hazırlıq mərkəzi
Dövlət İmtahan Mərkəzi (DİM) Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə – “Cambridge University Press & Assessment” qurumu ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə fəaliyyət göstərən ingilis dilini tədris edən bir sıra tədris müəssisələrinə rəsmi olaraq hazırlıq mərkəzi statusunu verib.
Nəzərinizə çatdıraq ki, ölkəmizdə ingilis dilini tədris edən pedaqoji heyətin və şagirdlərin müvafiq bacarıqlarının təkmilləşdirilməsi üçün yeni imkanlar yaratmaq məqsədilə DİM-in nəzdində Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə” qurumunun rəsmi Hazırlıq Mərkəzi kimi fəaliyyət göstərmək hüququnu əldə etmək üçün aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat linki: https://forms.gle/nLosT1pgzaFUwNDbA
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç., 108) keçiriləcək.
Ətraflı məlumat üçün bizimlə 3105316 (daxili 1212) və ya international@dim.gov.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.